Son 11 ildə ilk dəfə ABŞ iqtisadiyyatında artım olub
Bizi izləyin

Dünya

Son 11 ildə ilk dəfə ABŞ iqtisadiyyatında artım olub

ABŞ iqtisadiyyatının inkişafı 11 ildə ildə ilk dəfə bu ilin iyul, avqust və sentyabr ayları ərzində ən yüksək səviyyədə olub. Nəticədə iqtisadiyyat 5 faiz artıb.

Publika.az-ın məlumatına görə, Ticarət Departamentinin hesabatında ölkədə ümumdaxili məhsul istehsalının (ÜDM) üçüncü kvartalda ciddi şəkildə artdığı qeyd olunub. ÜDM iqtisadiyyatın ən geniş yayılmış ölçüsüdür.

Ekspertlər ÜDM hesablamalarını müntəzəm olaraq yeniləyirlər. Yüksək istehlakçı xərcləri və biznes sərmayələri artıma təkan veriblər.

İstehlakçı sentimetintini ölçən Qallup sorğu agentliyi tərəfindən tərtib edilən digər ölçü isə 2014-cü ildə iqtisadi inamın ən yüksək səviyyədə olduğunu göstərib. Daha inamlı istehlakçılar daha çox pul xərcləməyə meyillidir və bu, ABŞ iqtisadiyyatının aktivliyinə yol açır.

Müsbət iqtisad xəbərləri investorları təşviq edib, və nəticədə Dow Jones indeksi ilk dəfə olaraq 18000-dən yuxarı qalxıb.

Ekspertlər bildirir ki, güclü artım rəqəmləri ABŞ Mərkəzi Bankını sələm faizlərini daha tez və daha yuxarı səviyyəyə qaldırmasına səbəb ola bilər.

Federal Ehtiyat Bürosu yeni iqtisadi məlumatları səbirli şəkildə dəyərləndirəcəyini bildirib. Bir çox iqtisadçı Federal Ehtiyat Bürosunun 2015-in ilin ikinci yarısına sələm faizlərini artıracağını gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm