Corc Buş xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

Corc Buş xəstəxanaya yerləşdirildi

ABŞ-ın köhnə prezidentlərindən olan ata Corc Buş xəstəxanaya aparılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ata Buşun ofisindən bildirilib.

Nəfəs çatışmazlığından şikayətlənən keçmiş prezident Texas ştatının Houston şəhərindəki Metohist xəstəxanasına yerləşdirilib.

İyunda ayında 90 yaşını paraşütlə tullanaraq qeyd edən Buş 2012-ci ilin noyabr ayında bronxit xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə almışdı. ABŞ-ın 41-ci prezidenti olan Buş 1989-1993-cü iillərdə bu postda olub. O, ABŞ-ın 43-cü prezidenti Corc Buşun atasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm