Öcalandan PKK-ya təlimat: “Son qoyun!”
Bizi izləyin

Dünya

Öcalandan PKK-ya təlimat: “Son qoyun!”

PKK terror təşkilatının İmralı adasında olan lideri Abdullah Öcalan təşkilatına təlimat verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Öcalan təşkilatından Türkiyədə yol kəsmək, adam qaçırmaq və məhkəmə qurmaq kimi hərəkətlərə son qoymasını istəyib.

“Problemin həlli yolunda tarixi addımlar ərəfəsindəyik”, - deyə təşkilatın lideri bildirib.

Təxminən altı ildir davam edən dialoqda əhəmiyyətli irəliləyişin əldə olunduğunu deyən Öcalan parlament seçkilərindən əvvəl mühüm addımların atılacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm