Ata 3 yaşlı oğlu ilə İŞİD-ə qoşuldu - FOTO
Bizi izləyin

Dünya

Ata 3 yaşlı oğlu ilə İŞİD-ə qoşuldu - FOTO

Lidya Herrera bir ildir ki, İŞİD-ə qoşulan ərinin qaçırdığı körpəsini tapa bilmir.

Axar.az xəbər verir ki, Lidya ötən il qohumlarını ziyarət etmək üçün İtaliyadan Kubaya gedib.

Lakin geri qayıtdıqdan sonra əri İsmar Mesinoviçi və 3 yaşlı oğlu İsmayılı tapa bilməyib.

Qadın sonradan ərinin oğlunu götürərək İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyini öyrənib. Ana 1 il sonra oğlunun şəklini İŞİD-ə yaxın saytlarda görüb və dərhal onu tanıyıb.

Yayımlanan şəklin üzərində isə 3 yaşlı İsmayılın ötən il atası ilə birgə Suriyaya gəldiyi və İŞİD üçün mübarizə apardıqları qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm