İraq təhlükəsizlik gücləri İŞİD-in pusqusuna düşdü - FOTO
Bizi izləyin

Dünya

İraq təhlükəsizlik gücləri İŞİD-in pusqusuna düşdü - FOTO

İraq təhlükəsizlik gücləri və könüllü şiə əsgərləri İŞİD terror qruplaşmasına ağır zərbə vurub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki ayrı bölgədə təşkil edilən əməliyyatlarda ən azından 40 İŞİD silahlısı öldürülüb.

Bunlardan 30-u vilayətinin Elbu Hişme, digər hissəsi isə Əl-Cemiyə kəndlərində gedən döyüşlərdə öldürülüb. Hər iki kəndə nəzarət təhlükəsizlik gücləri tərəfindən yenidən ələ keçirilib.

Bundan başqa, İraqın ən böyük neftayırma zavodunun olduğu Bəyçi şəhərindəki Əl-Fettah məscidi yaxınlığında terrorla mübarizə gücləri İŞİD silahlılarının pusqusuna düşüb. İŞİD hadisənin fotoşəkillərini yayımlayıb. Yüngül silahlarla hədəf alınan əsgərlər ən azı 10 nəfər itki verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm