“LXR”-dən SOS: mövcudluğumuz üçün 15 gün qaldı
Bizi izləyin

Dünya

“LXR”-dən SOS: mövcudluğumuz üçün 15 gün qaldı

“Luqansk Xalq Respublikası” 15 gündən sonra mövcud olmayacaq”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə video-konfrans zamanı Sstaxanov atamanı, “Staxanov – Simferopol” terror qrupunun lideri Pavel Dryomov bildirib.

Onun sözlərinə görə, “respublika”da ərzaq ehtiyatları qurtarmaq üzrədir. Pavel Dryomov əlavə edib ki, Krım və Rusiyadan humanitar yardım gələcəyinə ümid edir.

Bir müddət əvvəl yayılan məlumatlara görə, Pervomayskdakı yerli kazaklar Rusiyadan göndərilən və yerli sakinlər üçün nəzərdə tutulmuş ərzaq paylarını oğurlayıb. Kazaklar isə bildirirlər ki, yerli sakinlərə Rusiyadan heç bir humanitar yardım göndərilməyib.

Qeyd edək ki, Pavel Dremovun hazırda Kreml üçün “arzuolunmaz” şəxslərdən hesab olunduğu deyilir. Ötən ay Rusiya xüsusi xidmət orqanları Qorlovka şəhərində “Bes” qruplaşmasının liderlərindən olan “Yakutu” öldürüblər. Rusiya Müdafiə nazirinin keçmiş məsləhətçisi, Müdafiə İslahatları Mərkəzinin rəhbəri Aleksandr Danilyuk həmin vaxt bildirmişdi ki, növbəti hədəf Dremovdur.

“Donbasda demokratiya başa çatdı. Rusiya xüsusi xidmət orqanları lazımsızları təmizləməyə başlayıblar. Dünən Qorlovkada Bes qruplaşmasının liderlərindən olan Yakut öldürüldü. Rusların analoji əməliyyatları Staxanov atamanı Pavel Dremov üzərində də aparlacaq”, - Danilyuk söyləmişdi.

Pavel Dremovun Luqansk vilayətində aclığın olacağı barədə həyəcan siqnalı Rusiyanın humanitar yardım adı altında separatçılara silah göndərdiyi iddiaları gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm