Yanukoviç keçmiş işçisini “satdı”
Bizi izləyin

Dünya

Yanukoviç keçmiş işçisini “satdı”

Maydandakı etiraz aksiyasını dağıtmaqda ittiham olunan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç keçmiş işçisindən şübhələnir.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyaya sığınan sabiq prezident bu ölkənin mediasına müsahibəsində etiraz aksiyasının dağıdılmasının arxasında Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey Levoçkinin dayandığı bildirib.

“Noyabrın 30-da keçirilən aksiyanın dağıdılmasının arxasında kimin dayandığını başa düşmək üçün bunun kimə sərf etdiyini anlamaq lazımdır. Aksiyanın dağıdılması mənim üçün tamamilə əlverişsiz idi. Sözsüz ki, aksiyanın dağıdılması üçün heç bir əmr verməmişdim və ola da bilməzdi”, - Yanukoviç deyib.

Yanukoviçin fikrincə, aksiyanın dağıdılması yaxşı təşkil edilmiş təxribat idi. Sabiq prezident həmçinin qeyd edib ki, aksiyanın dağıdılmasının arxasında Levoçkinin olması barədə əlində tutarlı sübutları olmasa da, ondan şübhələnmək üçün səbəblər kifayət qədərdir.

Qeyd edək ki, fevralın 25-də Viktor Yanukoviç barəsində cinayət işi qaldırılıb. Keçmiş prezident qəsdən adam öldürməkdə ittiham olunur. Fevralın 26-da isə Yanukoviç beynəlxalq axtarışa verilib.

Ukrayna daxili işlər nazirliyinin məsləhətçisi Anton Qeraşenkonun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Yanukoviçə məxfi fərmanla Rusiya Federasiyasının vətəndaşlığını verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm