• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Senator prezidenti məhkəməyə verib

  • Dünya
  • 13 Fevral 2014 12:21
  • 490 Baxış
Senator prezidenti  məhkəməyə verib

Senator Rend Pol çərşənbə günü ABŞ Prezidenti Barak Obamanı vətəndaşların telefon zəngləri haqqında məlumatın toplanması zamanı qanun pozuntularına görə ittiham edərək məhkəməyə verib. Cavabdehlər kimi iddiada ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper, eləcə də Milli Təhlükəsizlik Agentliyinin direktoru Keyt Aleksanderi və FTB-nin rəhbəri Komi Ceymsin adları da yer alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTAR-TASS xəbər yayıb.

İddiada göstərilir ki, "2006-cı ildən qüvvədən olan telekommunikasiya şirkətlərinin müştərilərinin şəxsi məlumatlarının toplanması haqqında proqram ABŞ Konstitutsiyasına dördüncü düzəlişi pozur".

Rend Pol bəyan edib: "Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm və qabaqcadan deyirəm ki, Amerika xalqı qalib gələcək".

Şikayətçinin iddiasına görə, onun əsas məqsədlərindən biri ABŞ-ın ali məhkəmə instansiyası tərəfindən dördüncü düzəlişin mənasının müasir izahının verilməsidir. Senator əmindir ki, "nəticədə Ali məhkəmə dördüncü düzəlişin nə demək olduğunu müəyyən edəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR