Türkiyə polisində yeni “təmizlik” olub
Bizi izləyin

Dünya

Türkiyə polisində yeni “təmizlik” olub

Türkiyədə daha 27 vilayətin polis rəisi və 3 polis rəisinin köməkçisi vəzifəsindən uzaqlaşdırılıb. Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Resmi gazate”də bildirilib.

Eyni zamanda 24 polis baş müfəttişi polis rəisi təyin edilib.

Xatırladaq ki, 2013-cü il 17 dekabrda həyata keçirilən “sui-istifadə əməliyyatı”ndan sonra Türkiyədə polis rəislərinin vəzifədən uzaqlaşdırılması və vəzifə yerinin dəyişdirilməsi mərhələli şəkildə davam edir. Son olaraq keçən ayın 8-ində 16 vilayətin polis rəisi vəzifəsindən kənarlaşdırılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm