Ukrayna Krımı qaranlığa qərq etdi: heç nə işləmir, xaos yaranıb
Bizi izləyin

Dünya

Ukrayna Krımı qaranlığa qərq etdi: heç nə işləmir, xaos yaranıb

Ukrayna Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının elektrik enerjisi təchizatını tamamilə dayandırıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Krımın “yanacaq və energetika naziri” Sergey Yeqorov bildirib.

“Ukrayna birtərəfli qaydada Krım Respublikası və Sevastopol şəhərlərinin elektrik enerjisi təchizatını dayandırıb. Hakimiyyət yarımadanın, heç olmasa, yarısını işıqla təmin etməyə çalışır. Bu məqsədlə Krım və Sevastopolun generator sisteminin işə salınması üçün tədbirlər görülür”, - “nazir” vurğulayıb.

Sergey Yeqorov yarımada ərazisində mobil rabitə əlaqəsinin də kəsildiyini deyib. “Nazir” yarımadanın elektrik enerjisi ilə təmin olunması üçün Ukrayna ilə danışıqların aparıldığını deyib.

Hazırda yarımadada işıqforlar belə işləmir. Yollarda dəhşətli tıxaclar yaranıb və qəzalar qeydə alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm