Yanukoviç müharibənin dayandırılması üçün planını açıqladı
Bizi izləyin

Dünya

Yanukoviç müharibənin dayandırılması üçün planını açıqladı

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Donbas hövzəsində müharibənin dayandırılması üçün planını açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyaya sığınan Yanukoviç bu ölkənin mediasına verdiyi müsahibədə könüllü batalyonların tərksilah edilməli olduğunu deyib.

“Başlanğıc olaraq ölkənin şərqində vuruşan könüllü batalyonları tərksilah etmək, onların maliyyələşdirilməsini dayandırmaq lazımdır. Bu batalyonlar Donbas hövzəsinin sakinlərində nifrət yaradır. Onların dərhal tərksilah edilməsi münaqişənin radikallaşmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq", - sabiq prezident vurğulayıb.

V.Yanukoviç həmçinin hesab edir ki, Luqansk və Donetsk vilayətlərinin statusu müəyyən olunmalı, bu status səlahiyyətlərin genişləndirilməsini nəzərdə tutmalıdır: “Ukraynanın şərqində münaqişənin sonrakı eskalasiyası mütləq ölkənin daha böyük parçalanmasına gətirib çıxaracaq".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm