Putindən Ukraynanın işğalını tələb edirlər – İDDİA
Bizi izləyin

Dünya

Putindən Ukraynanın işğalını tələb edirlər – İDDİA

“Rusiya prezidenti Vladimir Putin Donbas hövzəsində silahlı konfliktə müdaxilə etməklə və separatçılara dəstək verməklə imperiyasının dağıdılması mexanizmini işə saldı”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq məsələlər üzrə ukraynalı siyasi ekspert Taras Çornovil bildirib.

“Düşünürəm ki, Putin imperiyanın öz-özünü məhv etməsinin dönməz mexanizmini işə salıb. Bu dağılma bütün dünya üçün çox təhlükəli ola bilər. Buna görə də Qərb liderləri Rusiyanın bütövlüyünün saxlanılması üçün səy göstərəcəklər. Amma artıq Putinsiz”, - ukraynalı ekspert deyib.

Eyni zamanda ekspert qeyd edir ki, Rusiyada Ukraynanın işğalı üçün daha qətiyyətli və sərt addımların atılmasını istəyən insanlar var. Taras Çornovilin fikrincə, onları məhz Putin saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm