.jpg)
Dünyanın ən böyük ordusu müharibəyə hazırlaşır.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin dövlət başçısı Xi Jinping ordunun bütün bölmələrinə “hər an döyüşə başlayacaq kimi hazır olun” əmri verib.
Ekspertlərə görə, döyüşə hazırlıq əmrinin Pekinin Rusiya-Qərb qarşıdurmasında Moskvanın yanında yer aldığı bir vaxtda verilməsi diqqət çəkir.
Dövlət başçısının ali baş komandanı olduğu Çin Xalq Azadlıq Ordusunun şəxsi heyəti 2 milyon 285 min nəfərdir. Bu isə dünyanın ən çoxsaylı ordusu deməkdir. 1927-ci ildə qurulan Çin Xalq Azadlıq Ordusunun hərbi təchizatında Rusiya xüsusi yer tutur.
Ömər Dağlı