Belarusun müstəqilliyi təhlükədədir
Bizi izləyin

Dünya

Belarusun müstəqilliyi təhlükədədir

“Ukrayna Avropaya tullanmağa cəhd etmək istəyən Lukaşenko üçün rahat tramplindir. Amma Belarus bunun üçün Moskva ilə bütün iqtisadi və siyasi layihələrinə yenidən baxmalı olacaq”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri belaruslu politoloq Pavel Usov Belarus prezidenti Aleksandr Lukaşenkonun Kiyevə səfərini şərh edərkən deyib.

Politoloq hesab edir ki, Belarusun Rusiyadan indiki iqtisadi asılılıq fonunda Minskin Avropaya tullanmaq cəhdləri mənasızdır. O, Belaruzun hələ uzun vaxt Rusiyanın evi olaraq qalacağını bildirib.

“Şübhəsiz ki, bu səfər həm iqtisadi, həm də siyasi hədəflər baxımından əhəmiyyətli idi. Ukrayna Belarus üçün əhəmiyyətli iqtisadi partnyordur. İki ölkənin əmtəə dövriyyəsi 7 milyard dollar təşkil edir və buna görə də münasibətlərin sonrakı inkişafı Belarus üçün strateji əhəmiyyət daşıyır. Amma Ukrayna bazarı Rusiyaya alternativ ola bilməyəcək. Bu səfərin siyasi çəkisi daha çoxdur. Ukrayna Avropaya tullanmağa cəhd etmək istəyən Lukaşenko üçün rahat tramplindir. Səfər nə qədər uğurlu olacaq? Buna şübhə etmək olar. Belarus rəhbəri Ukraynadakı vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışır. Lukaşenko Ukrayna ilə əməkdaşlıq münasibətləri qurmaqla Avropanın etibarını qaytaracağına ümid edir”, - belaruslu politoloq vurğulayıb.

Onun sözlərinə görə, Belarusun əlində birgə və strateji əhəmiyyətli Ukrayna-Belarus layihəsi praktik olaraq yoxdur. Pavel Usov qeyd edir ki, bu cür layihələrə inhisarçılıq Moskvanın əlindədir.

Politoloq əmindir ki, Minsk “geosiyasi manevr”ə cəhd edəcəyi halda müstəqilliyindən tamamilə məhrum ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm