Putin “metro” sözünün rus dilindəki analoqunu tapdı
Bizi izləyin

Dünya

Putin “metro” sözünün rus dilindəki analoqunu tapdı

Rusiya prezidenti Vladimir Putin rus dilinin həddən artıq latınlaşdırılmasından çəkinməyə çağırıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezident hər küncdə latın hərfləri ilə yazılmış müxtəlif müəssisələrin adlarına və reklamlara rast gəlindiyini bildirib.

“Biz hansı ölkədə yaşayırıq? Hər şey yaxşıdır, amma lazımı dərəcədə. “Metro” sözünü “yeraltı dəmir yolu” ilə əvəz etmək olar, amma fransızlar “kafe” sözünü "bistro” ilə dəyişdirmirlər. Sözlər hansısa formada sabitləşib”, - Putin deyib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına reklamlarda və malların adlarında latın hərflərindən istifadə üçün xüsusi vergini nəzərdə tutan qanun layihəsi daxil edilib. Qanun Rusiyanın ərazisində qeydə edilmiş bütün şirkətlər və sahibkarlara aid olacaq.

Daha əvvəl isə Rusiyanın Liberal Demokrat Partiyasının deputat qrupu rus analoqunun olduğu halda xarici sözlərdən istifadəyə görə 50 min rubla (təxminən 1000 manat) qədər cərimənin tətbiq edilməsini təklif edib. Lakin qanun layihəsi mədəniyyət komitəsində elə birinci oxunuşda rədd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm