ABŞ: “Təyyarə İŞİD tərəfindən vurulmadı”
Bizi izləyin

Dünya

ABŞ: “Təyyarə İŞİD tərəfindən vurulmadı”

ABŞ Suriyada vurulan İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin İŞİD terror qruplaşması tərəfindən vurulmadığını bildirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) vurulan təyyarə ilə bağlı dəlillərin onun İŞİD tərəfindən vurulmadığını göstərdiyini açıqlayıb.

CENTCOM açıqlamada hadisəni “qəza” olaraq qiymətləndirib.

Qeyd edək ki, dünən İŞİD terror qruplaşmasının koalisiya güclərinə aid bir hərbi təyyarəni Rakka yaxınlığında vurduğu barədə xəbərlər yayılıb. Bu barədə məlumatı isə Suriya İnsan Haqları Təşkilatı bildirib.

İŞİD isə sosial şəbəkələrdə pilotun əsir alındığını göstərən fotoşəkillər paylaşıb. Təyyarənin terror təşkilatının nəzarətində olan əraziyə düşdüyü deyilir. Pilot iordaniyalıdır. İordaniya İŞİD-ə qarşı koalisiyaya qatılan ölkələr arasındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm