• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şok iddia: “Putin Dağlıq Qarabağa dəhliz açmaq istəyir”

  • Dünya
  • 25 Dekabr 2014 10:15
  • 1 243 Baxış
Şok iddia: “Putin Dağlıq Qarabağa dəhliz açmaq istəyir”

“Putinin xarici siyasət planlarını reallaşdırmasına iki il qalır. Bu, Amerikanın yeni prezidentinin seçilməsinə qədər olan müddətdir”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionov bildirib.

Onun sözlərinə görə, kimin ABŞ prezidenti olmasına baxmayaraq, istənilən variant indikindən daha yaxşı olacaq. İllarionov qeyd edib ki, bütün siyasi müşahidəçilər Amerika tarixində Barak Obama kimi zəif prezidentin olmadığı qənaətindədir.

Putinin sabiq məsləhətçisi Rusiyanın hərbi hücumunun mümkün istiqamətlərini təsvir edib: “Hazırda Avaro-Kaxetiya yolu yenidən qurulur. Bu yol gələn ilin yazında Şərqi Gürcüstana hərbi texnikanın çatdırılması üçün kanal ola bilər. Rusiya Baş Qərargahı üçün Ermənistana və Dağlıq Qarabağa quru dəhlizİ lazımdır. Bu halda həmçinin Azərbaycandan Türkiyəyə uzanan boru kəmərləri kəsilmiş olacaq. Təcavüzün daha bir istiqamətiylə Baltikyanı ölkələr ola bilər”.

Putini dayandırmağın yollarına gəlincə, sabiq məsləhətçi onun hərbi məğlubiyyətini düşünmədiyini deyib: “Mən hərbi məğlubiyyət hələ görmürəm. Ona kim müqavimət göstərəcək? Gürcüstan, yoxsa Baltika ölkələri? Avropalılar isə vuruşmaq istəmirlər. Avropa hətta Ukraynaya kömək etmək istəmirlər".

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR