2015-ci il proqnozu: “Putinin hakimiyyəti yaşamaya bilər”
Bizi izləyin

Dünya

2015-ci il proqnozu: “Putinin hakimiyyəti yaşamaya bilər”

“Qərbin iqtisadi sanksiyaları və anti-terror əməliyyatları zonasında Ukrayna ordusunun fədakar mübarizəsi Putin imperiyasının sonunu yaxınlaşdırır”

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Ali Radanın vitse-spikeri Andrey Parubiy deyib.

“Qərbin sanksiyaları uzunmüddətli təsir üsuludur. Sanksiyaların nəticələri Rusiya üçün çox ciddi olacaq. Güman edirəm ki, Rusiya da SSRİ-nin kədərli sonunu yaşayacaq”, - vitse-spiker bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı tammiqyaslı müharibə aparmağa qadir deyil: “Məndən soruşurlar ki, antiterror əməliyyatları zonasında nə etməliyik? Mən həmişə cavab verirəm: "Dayanmaq lazımdır". Cəbhə xəttində bu gün sabitlikdir və onu saxlamaq lazımdır. Cəbhə xətti Maydanımızın barrikadalarıdır. Düşünürəm ki, uzun müddət gözləməli olmayacağıq. Putinin iqtidarı hətta gələn il yaşamaya bilər. Ukraynanın əsas vəzifəsi cəbhəni saxlamaqdır. İqtisadi sanksiyalar Putin Rusiyasını məğlubiyyətə uğradacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm