Ərdoğana CHP-dən yeni rəqib
Bizi izləyin

Dünya

Ərdoğana CHP-dən yeni rəqib

Uzun ayrılıqdan sonra Cümhuriyyət Xalq Partiyasına (CHP) dönən və İstanbul Böyükşəhər Bələdiyyə başçılığına namizəd göstərilən Mustafa Sarıgül partiyadan ayrılır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şişli bələdiyyəsinin keçmiş başçısı 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yeni partiyası ilə qatılacaq.

Məlumata görə, Mustafa Sarıgül Türkiyə Dəyişmə Hərəkatı (TDH) və Xalq Yüksəliş Partiyasının (HYP) birləşməsindən yaranan Türkiyə Dəyişmə Partiyası ilə seçkilərə gedəcək. TDH ilə bir çox vilayətdə təşkilatlanan Sarıgül 2005-ci ildə Yaşar Nuru Öztürk tərəfindən qurulan HYP ilə birləşəcək.

Yeni partiyanın təqdimatı isə 2015-ci il yanvarın 15-də keçiriləcək. Sarıgül daha əvvəllər bir çox vilayətdə təşkilatını yaratmış, ancaq CHP lideri Kamal Kılıçdaroğlunun dəvətini qəbul edərək TDH-ni ləğv etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm