• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya ABŞ-ı Nürnberq məhkəməsi ilə hədələdi

  • Dünya
  • 25 Dekabr 2014 16:49
  • 340 Baxış
Rusiya ABŞ-ı Nürnberq məhkəməsi ilə hədələdi

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombalarının atılmasını beynəlxalq hüquq üzrə ekspertlərlə müzakirə etməyi təklif edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının sədri 2015-ci ildə həm Nürnberq prosesi, həm də Xirosima və Naqasakinin bombalanmasının 70 ilinin tamamlandığını xatırladıb.

“Hesab edirəm ki, hüquqşünaslar və beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislərlə bu məsələni müzakirə etmək lazımdır. Axı insanlığa qarşı cinayətlərin yaşı yoxdur", - S.Narışkin deyib.

Qeyd edək ki, ABŞ Xirosima və Naqasaki şəhərlərinə müvafiq olaraq 6 və 9 avqust 1945-ci il tarixlərində atom bombası atıb. Bu, hələlik bəşəriyyətin müharibə tarixində atom silahının yeganə tətbiqi nümunəsidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR