• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qar paytaxtda hərəkəti iflic etdi: 150 təyyarə reysi təxirə salındı

  • Dünya
  • 25 Dekabr 2014 19:11
  • 371 Baxış
Qar paytaxtda hərəkəti iflic etdi: 150 təyyarə reysi təxirə salındı

Moskva şəhərində yağan güclü qar şəhərin üç beynəlxalq aeroportunda hərəkəti iflic edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, təxminən 150 təyyarə reysi təxirə salınıb.

Məlumata görə, "Vnukovo" aeroportunda doqquz reys təxirə salınıb, biri ləğv edilib, “Şeremetyevo” aeroportunda 21 reys təxirə salınıb, 10-u ləğv edilib, "Domodedovo” aeroportunda isə 106 reys təxirə salınıb, 17 reys ləğv edilib.

Xüsusi olaraq, Praqa, Vyana, Venesiya, Barselona, Boloniya, Milan, Münhen, Paris, Varşava və Helsinki şəhərlərinə olar reyslər ləğv edilib.

Güclü qar paytaxt yollarında da hərəkəti çətinləşdirib. Məlumata görə, yollarda yaranan 10 ballıq tıxac bir sıra nazirlərin hökumətin iclasına gecikməsinə səbəb olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR