Hindistanı şaxta vurdu: 92 ölü
Bizi izləyin

Dünya

Hindistanı şaxta vurdu: 92 ölü

Hindistanın şimal əyalətlərində görünməmiş şaxta düşüb.Ölkənin bir çox rayonlarında temperatur minimumları əvvəlki rekordları aşıb.

Publika.az-ın məlumatına görə, donvurmadan 92 nəfər həlak olub. Ölkənin şimal rayonlarının əksəriyyətində temperatur mənfi 4-10 dərəcə arasında dəyişir. Ştatların rəhbərliyi müvəqqəti yaşayış yerlərinin təşkili, evsizləri yanacaq və yorğanla təmin etmək məqsədi ilə artıq 10,6 milyon rupi (170 min dollar) vəsait ayırıblar.

Hindistan üçün ekstremal soyuqlarla yanaşı, ölkənin şimalını qatı duman da bürüyüb. Bu səbəbdən həm avtomobil və dəmir yolu, həm də aviasiya əlaqəsi pozulub. Nyu-Deli şəhərində çərşənbə günü 150 aviareys, 100 qatar reysi ləğv edilib. Sinoptiklər yaxın günlərdə havanın düzələcəyini gözləmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm