"Krım uzun müddət işıqsız qalacaq"
Bizi izləyin

Dünya

"Krım uzun müddət işıqsız qalacaq"

“Donbasdakı müharibə nəticəsində şaxtaların əksəriyyəti fəaliyyətini dayandırıb”.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.

O, Krımın hələ uzun müddət işıqsız qalacağını bildirib:

“Krımın öz generasiyası (400 MBT) enerji istehlakının cəmi 40%-ni əhatə edir. Qalan 60%-ni isə Ukraynadan alırdı. Lakin Donbasdakı müharibə nəticəsində şaxtaların əksəriyyəti fəaliyyətini dayandırıb. Bu səbəbdən Ukraynada enerji defisiti yaşanır. Ukrayna energetikləri seçim qarşısındadır. Onlar ya özlərini enerji ilə təmin etməli, ya da elektrik enerjisini Krıma satmalıdırlar. Onlar da ilk növbədə özlərini düşünürlər. Donbasda müharibə qurtaran kimi şaxtalar və elektrik stansiyaları yenidən fəaliyyətini bərpa edəcək. Putin isə hazırda Ukraynaya qarşı təcavüzü qurtarmaq fikrində deyil. Bu isə o deməkdir ki, Krım hələ uzun müddət işıqsız qalacaq. Hələlik Krımdakı vəziyyəti Rusiyadan alınan elektrik enerjisi xilas edə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm