Kılıçdaroğlu İhsanoğlunun seçkini uduzmasının səbəbini açıqladı
Bizi izləyin

Dünya

Kılıçdaroğlu İhsanoğlunun seçkini uduzmasının səbəbini açıqladı

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludan prezident seçkilərində müxalifətin vahid namizədi olan Ekmeləddin İhsanoğlu barəsində bir etiraf gəlib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, CHP lideri Ekmeləddin İhsanoğlunun çox bilinən bir şəxs olmadığını deyib.

“Ekmeləddin bəy doğru bir namizəd idi. Seçilsəydi Türkiyə bu gün fərqli bir yerə gələrdi. Yaxın Şərqdə və bütün dünyada hörmətli bir yerdə olardı. Keçmişə dönərək tənqid etməyi düzgün hesab etmirəm. Amma Ekmeləddin bəy xalq içində çox tanınan bir şəxs deyildi”, - Kılıcdaroğlu bildirib.

Türkiyənin fürsəti qaçırdığını qeyd edən partiya sədrinin fikrincə, tarix də bunu göstərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm