Rusiyanın valyuta ehtiyatları 100 milyard dollar azaldı
Bizi izləyin

Dünya

Rusiyanın valyuta ehtiyatları 100 milyard dollar azaldı

Rusiyanın beynəlxalq valyuta ehtiyatları 400 milyard dollardan da aşağı düşüb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, ölkənin valyuta ehtiyatları 398,9 milyard dollar qədər azalıb.

Bu isə 2009-cu ilin avqust ayında – beynəlxalq maliyyə böhranından sonra qeydə alınan göstəricidən də aşağıdır. Valyuta ehtiyatları dekabrın 12-dən 15,7 milyard dollar azalıb.

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il yanvar ayının sonunda ölkənin beynəlxalq ehtiyatları 498,9 milyard dollar təşkil edirdi. Bu isə təxminən bi il ərzində ölkənin valyuta ehtiyatlarının 100 milyard dollar azalması deməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm