Putin etiraf etdi: “Səhv etdik”
Bizi izləyin

Dünya

Putin etiraf etdi: “Səhv etdik”

Rusiya hökumətində 2014-ci ilin nəticələri ilə bağlı toplantı keçirilib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, toplantıda çıxış edən prezident Vladimir Putin iqtisadiyyatda problemlərin yaranmasında səhvlərinin olduğunu deyib.

“Qarşlaşdığımız çətinliklər yalnız xarici amillər, sanksiyalar və məhdudiyyətlərlə bağlı deyil. Problemlər həm də illərdir inkişaf edən səhvlərimizlə də bağlıdır”, - deyə Rusiya dövlət başçısı dilə gətirib.

Daha innovativ vəziyyətə gətirmək üçün iqtisadiyyatın quruluşunu dəyişdirməyə çalışdıqlarını deyən Putin bu istiqamətdə bir çox addımların atıldığını vurğulayıb. Dövlət başçısı həmçinin qeyd edib ki, hazırkı problemlər bu addımların kifayət etmədiyini göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm