Ukrayna separatçılarla dil tapa bilmədi
Bizi izləyin

Dünya

Ukrayna separatçılarla dil tapa bilmədi

Ukrayna hökumətinin rusiyapərəst separatistlərlə apardığı danışıqların ilk günü başa çatsa da, Rusiya sərhədi yaxınlığında səkkiz aydır davam edən müharibənin dayandırılması istiqamətində razılaşma əldə olunmayıb.

Pubika.az-ın məlumatına görə, rəsmilər Belarusda keçirilən danışıqların çox mürəkkəb keçdiyini bildirib.

Separatistlərin lideri növbəti danışıqlarla bağlı gün təyin edilmədiyini deyib.

Qeyd edək ki, sentyabr ayında əldə olunan atəşkəs dəfələrlə pozulub. Aprel ayından bu günə qədər döyüşlər zamanı 4700 insanın həlak olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm