Liviyada 19 əsgər öldürülüb
Bizi izləyin

Dünya

Liviyada 19 əsgər öldürülüb

Ötən gün Liviyada radikal islamçılarla baş verən atışmada azı 19 əsgər həlak olub.

Publika.az-ın məlumatına görə, döyüşşlırin Sirtedə baş verdiyi bildirilir. Es Sider şəhərində isə atılan raketlərdən biri neft bazasına düşüb. Nəticədə bazada yanğın baş verib. Rəsmilərin sözlrinə görə, yanğın söndürlüb və zərərin böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan höküməti “Liviya şəfəqi” adlanan üsyançı qrupun avqust ayında paytaxt Tripolini işğal etməsindən sonra fəaliyyətini ölkənin şərqində davam etdirir.

BMT Liviyadakı döyüşlərdə avqust ayından bəri yüzlərə insanın həlak olduğunu və ölkədəki hərbi qrupların müharibə cinayətlərinə görə məsulliyət daşıdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm