Sony Pictures Şimali Koreya liderindən bəhs edən filmi göstərdi
Bizi izləyin

Dünya

Sony Pictures Şimali Koreya liderindən bəhs edən filmi göstərdi

Sony Pictures şirkətinin Şimali Koreya liderinə qarşı uydurulmuş sui-qəsd barədə qalmaqallı filmi ABŞ kinoteatrlarında nümayiş etdirilib.

Publika.az-ın məlumatına görə, bəzi kinoteatrlar filmin qecə nümayişini təşkil edib.

Bir gün əvvəl isə Sony şirkəti kinokomediyanı internet saytında və eləcədə Google və Microsoft vasitəsilə yalnız ABŞ ərazisində mümkün olan nümayişini təşkil edib.

İlk olaraq yeni kinokomediyanın ekranlara dekabrın 25-də çıxacağı güman edilirdi. Lakin Sony Pictures-ə qarşı haker hücumundan sonra kinoşirkət filmin nümayişini təxirə salmaq qərarına gəldi. Bu qərar ABŞ ictimaiyyəti və prezident Obama tərəfindən tənqidlə qarşılandı.

Filmin süjeti iki jurnalistin Şimali Koreya lideri Kim Cong - Undan müsahibə götürmək niyyətindən bəhs edir. Lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilir və jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm