Maşın sürdüklərinə görə həbs olunan qadınlar terrorçu kimi mühakimə edilir
Bizi izləyin

Dünya

Maşın sürdüklərinə görə həbs olunan qadınlar terrorçu kimi mühakimə edilir

Səüdiyyə Ərəbistanında avtomobil idarə etdiklərinə görə, saxlanılmış iki qadının işi terrorçuluq məsələlərinə baxan məhkəməyə verilib.

Publika.az-ın məlumatıan görə, 25 yaşlı Loujain al-Hathloul avtomobillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisindən Səüdiyyə Ərəbistanına daxil olmağa cəhd edərkən həbs olunub.

Digər qadın, BƏƏ-də jurnalist işləyən 33 yaşlı səüdiyyəli Maysa al-Amoudi isə Loujaini dəstəkləmək məqsədi ilə qonşu ölkədən Səüdiyyə Ərəbistanına avtomobillə qayıdarkən sərhəddə saxlanılıb.

Qeyd edək ki, Səudiyyədə qadınların sükan arxasına keçməsi cinayət hesab olunur. Son illər ərzində Səüdiyyə Ərəbistanında qadınlar diskriminasiya hallarına qarşı etiraz aksiyaları keçirir. Qadınlar öz etirazını, o cümlədən, avtomobil sükanı arxasına oturmaqla da bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm