Angela Merkel “ilin adamı” seçildi
Bizi izləyin

Dünya

Angela Merkel “ilin adamı” seçildi

Böyük Britaniyanın “The Times” qəzeti “ilin adamı”nı seçib.

Publika.az-ın verdiyi xəbərə görə, Britaniya nəşri bu ada Almaniya kansleri Angela Merkeli layiq görüb.

“Bu qadın təhlükəli kişilərin çox olduğu dünyada bizə lazımdır”, - nəşr qərarını əsaslandırır.

“The Times” qeyd edir ki, Angela Merkel 2014-cü ildə Şərqi Avropada Rusiya təcavüzünün dirçəldiyi bir dövrdə Avropanın təhlükəsizliyinin qorunmasında mərkəzi rol oynayıb. Nəşr həmçinin əlavə edir ki, kansler Rusiya və Qərb arasında dialoqun qaydaya salınmasında aktiv iştirakçıdır.

Qəzet ötən il Rusiya prezidenti Vladimir Putini “İlin adamı” seçmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm