Sony Pictures-ə hücumun arxasında rus hakerlər dayanır – İDDİA
Bizi izləyin

Dünya

Sony Pictures-ə hücumun arxasında rus hakerlər dayanır – İDDİA

“Sony Pictures şirkətinə kiberhücumun arxasında Rusiya hakerləri dayana bilər”.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə “The Times” qəzetinin əməkdaşı Bleykl Ris çıxış edib.

Xatırladaq ki, Sony Pictures şirkəti noyabrın sonunda haker hücumuna məruz qaldı. Kiber-oğrular bir sıra filmləri oğurlayıb. Hücumun hədəflərindən biri “Müsahibə" komediyası olub.

ABŞ hücumun arxasında Şimali Koreyanın dayandığını bildirir. Ağ Evin bəyanatı Federal Təhqiqat Bürosunun (FTB) araşdırmasının nəticəsinə əsaslanır. FTB-nin gəldiyi nəticəyə görə, Pxenyan “Müsahibə” adlı komediyanın nümayişə çıxarılmasının qarşısını almaq istəyir. Həmin komediya Şimali Koreya lideri Kim Jong İnin öldürülməsi məqsədilə sui-qəsdin hazırlanması barədədir.

Ancaq təhlükəsizlik üzrə bir çox ekspertlər FTB-nin araşdırmasına şübhə ilə yanaşır. “Mən düşünmürəm ki, Şimali Koreya Sony Pictures şirkətinə haker hücumunun arxasındadır", - “Wired” texnologiya jurnalının rəhbəri, təhlükəsizlik üzrə ekspert Co Braun iddia edir.

“Bəzi analitiklər kiberhücumda Rusiyanın mümkün iştirakını güman edirlər”, - deyə “The Times” qəzetinin əməkdaşı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm