Gülən Ərdoğanla barışmaq üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

Gülən Ərdoğanla barışmaq üçün şərtini açıqladı

ABŞ-ın Pensilvaniyada yaşayan türkiyəli dini lideri Fəthullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla barışmaq üçün şərtini açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gülən Ərdoğanın millətdən üzr istəyəcəyi halda onunla barışa biləcəyini söyləyib.

Fəthullah Gülən keçən günlərin birində “Əgər Ərdoğan günlərin birində mitinqlərində danışdığı hər şeyin yalan və böhtanlar olduğu söyləsə, o zaman onunla uzlaşmağa hazıram" çağırışı etmişdi. Ərdoğan isə Gülənin uzlaşma şərtinə "Onların qarşısında heç bir şəkildə diz çökməyəcəyik" sözləri ilə cavab vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm