Saakaşvili Rusiya ilə yeni müharibə arzulayır
Bizi izləyin

Dünya

Saakaşvili Rusiya ilə yeni müharibə arzulayır

“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəni Rusiya ilə daha bir müharibəyə cəlb etməyi arzulayır”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, keçmiş prezident Saakaşvili düşmən və satqıncasına hərəkət edərək Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələrini Ukraynada döyüş əməliyyatlara qoşulmağa çağırır.

“Biz məsuliyyətli hökumətik, xalqımız qarşısında məsuliyyət daşıyırıq. Biz məsuliyyətsiz hərəkət etməyəcəyik. Ərazimizin iyirmi faizi işğal edilib, torpaqlarımızda Rusiya ordusu var və regionlarda vəziyyət çətindir. Saakaşvilinin yeganə qayğısı isə odur ki, Gürcüstanda münaqişə olsun və Gürcüstan yenə də Rusiya ilə silahlı qarşıdurmaya daxil olsun. Biz buna imkan verməyəcəyik", - Qaribaşvili vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm