• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qorbaçov Putinin lovğalığından yazıb

  • Dünya
  • 27 Dekabr 2014 02:14
  • 377 Baxış
Qorbaçov Putinin lovğalığından yazıb

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin əsas xidmətini və səhvini açıqlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, siyasətçi “Kremldən sonra" adlı yeni kitabının təqdimatında Putinin ölkəni dağılmaqdan xilas etdiyini bildirib.

“Rusiya vətəndaşları olan hamımız xatırlamalıyıq ki, Putin ölkəni dağılmaqdan xilas etdi. Bir çox regionlar Konstitusiyamızı tanımırdılar", - deyə Qorbaçov söyləyib.

Keçmiş prezidentin fikrincə, Putin bununla ölkə üçün tarixi iş görüb.

Rusiya prezidentinin səhvinə gəlincə, Qorbaçov vurğulayıb ki, Putin hər şeyin nəzarət altında olduğunu düşünməklə lovğalıq edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR