NATO yenə mülki vətəndaşları vurdu
Bizi izləyin

Dünya

NATO yenə mülki vətəndaşları vurdu

NATO hərbi təyyarələri Əfqanıstanda növbəti “səhv”ə yol verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstanın Baraki Barak mahalında NATO tərəfindən təşkil edilən hava hücumunda 5 mülki vətəndaş ölüb, 5-i də yaralanıb.

Mahalın valisi Neyaz Mohammad NATO güclərinin bölgədəki Talibanı hədəf almaq istədiyini, ancaq səhvən mülki vətəndaşların yaşadığı evlərin vurulduğunu söyləyib.

NATO hadisə ilə bağlı hələ açıqlama verməyib.

Qeyd edək ki, NATO-nun Əfqanıstandakı döyüş missiyası bu ayın sonunda tamamlanacaq. Əfqanıstan səlahiyyətlilərin verdiyi məlumata görə, 2015-ci ildən etibarən NATO-nun Talibana qarşı hücumlar təşkil etmək hüququ olmayacaq. ABŞ-ın təxminən min əsgəri terrorla mübarizə çərçivəsində əməliyyatlar həyata keçirə biləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm