İraqın vitse-prezidenti Səudiyyəni ittiham etdi
Bizi izləyin

Dünya

İraqın vitse-prezidenti Səudiyyəni ittiham etdi

Rusiya və İranın iqtisadiyyatını zəyiflətmək üçün Səudiyyə Ərəbistanının apardığı neft siyasəti üzündən İraq tənəzzülə uğrayır.

Publika.az-ın məlumatına görə, bu barədə İraqın vitse-prezidenti Nuri əl-Maliki bildirib.

Əl-Maliki buildirib ki, Səudiyyə Ərəbistanının İran və Rusiyayay qarşı tutduğu mövqe İraqa da mənfi təsir göstərir. Ölkəsinin hazırda büdcəyə təsir edən güclü maliyyə böhranı ilə üzləşdiyini deyən deyən vitse-prezident çıxış yolunu investisiya cəlb edilməsində görür.

Əl-Maliki hələ Baş nazir olduğu dövrlərdə Səudiyyə Ərəbistanının ünvanına sərt tənqidlərlə yadda qalmış və krallığı İraq ərazisində fəaliyyət göstərən yaraqlılara maliyyə yardımı göstərməkdə ittiham etmişdi.

Səudiyyə Ərəbistanının qeyri-formal liderlik etdiyi Neft İxracatçıları Təşkilatı (OPEC) noyabrın 27-də Avstriyanın paytaxtı Vyanada keçirilən iclasında hasilatı sutkada 30 milyon barrel həcmində saxlamağa qərar vermişdi. Bu qərar dünya bazarında neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm