Separatçılarla danışıqlar baş tutmadı
Bizi izləyin

Dünya

Separatçılarla danışıqlar baş tutmadı

Cümə günü Minsk şəhərində Ukrayna hökumətilə rusiyapərəst üsyançılar arasında başlayacaq danışıqlar təxirə salınıb.

Publika.az-ın məlumatına görə, bu barədə Belarus rəsmiləri bildiriblər.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçikin sözlərinə görə, Ukraynada vəziyyətin tənzimlənməsinə yönələn təmas qrupunun danışıqları keçirilməyəcək.

Növbəti görüşün mümkün vaxtı və onun təxirə salınmasının səbəbləri barədə məlumat verilmir. Dmitri Mironçik danışıqlar barədə məsələnin tərəflərin səlahiyyətinə aid olduğunu deyib.

Cümə günü keçəcək görüşdə ön xəttdən ağır silahların geri çəkilməsi, əsirlərin mübadiləsi və üsyançıların nəzarətində olan bölgələrə dair iddia edilən iqtisadi blokadanın ləğvi müzakirə olunmalı idi.

Sonuncu dəfə Ukrayna sülh danışıqları sentyabr ayında keçirilib. Lakin tərəflər bir-birlərini Minskdə imzalanan razılaşmanın şərtlərini pozmaqda ittiham edirlər.

Bu həftə Ukrayna parlamenti ölkənin bloklara qoşulmamaq statusunun ləğv olunmasına və NATO-ya üzvlük istiqamətində hazırlıq görülməsinə səs verib.

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov NATO üzvlərini "Ukraynanı Rusiya ilə qarşıdurmanın ön cəbhəsinə çevrimək" cəhdində ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm