• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD ali təhsilli insanları axtarmağa başlayıb

  • Dünya
  • 27 Dekabr 2014 14:34
  • 1 012 Baxış
İŞİD ali təhsilli insanları axtarmağa başlayıb

Enerjisinin az qala hamısını döyüşlərə xərcləyən İŞİD terror təşkilatı “dövlət” infrastrukturunu yaratmaq üçün lazımı imkanları tapmaqda çətinlik çəkir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat maliyyə və sağlamlıq mövzularında ciddi çətinliklər yaşayır.

Xüsusilə Mosulda içməli suyu təmizləmək üçün lazım olan xlor tapılmır. Hepatit və digər yoluxucu xəstəliklər sürətlə yayılır. Bölgədə olan jurnalistlər isə İŞİD-in nəzarətində olan ərazilərin açıq həbsxana halına gəldiyini bildirir.

“İslam Dövləti” şəxsi pulunu dövriyyəyə buraxacağı və pasport hazırlayacağına söz versə də, bunları etmək hələ mümkün olmayıb. Həkim və müəllim çatışmazlığının yaşandığı bölgədə ali təhsili olan hər peşə qrupundan insanlara ehtiyac var. Təşkilat artıq döyüşəcək üzvlər əvəzinə, peşə sahibləri olan insanları axtarır.

ABŞ-ın “Vaşinqton Post” qəzetinin xəbərinə görə, təşkilatın liderləri internet vasitəsilə həkim, tibb bacısı, vəkil, mühəndis və mühasibatçıların Suriyaya cəlb edilməsi üçün çalışır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR