Davudoğlu kürdlərin tarixinə keçdi – Həbsxanadan məktub
Bizi izləyin

Dünya

Davudoğlu kürdlərin tarixinə keçdi – Həbsxanadan məktub

PKK terror təşkilatının 2-ci adı olan və Diyarbəkr həbsxanasında məhkumluk həyatı yaşayan Şemdin Sakık Türkiyənin baş naziri Əhməd Davutoğluya məktub yazıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Sakık baş naziri tərifləyərək “Kürdlərin tarixinə keçdiniz” deyib.

Sakık məktubunda baş nazir Davutoğlunu Türkiyənin səkkizinci prezidenti mərhum Turqut Özala bənzətdiyini bildirib. O, məktubda hökumətin “kürd məsələsi”nin həllində atdığı addımları, Kobani məsələsində artan təzyiqə qarşı həyata keçirdiyi strategiyanı və IŞİD-lə mübarizəsini diqqətə çatdırıb.

“Həm İŞİD, həm də PKK-nın Suriyada bir qətliam həyata keçirmək istədiyi üçün necə çalışdıqlarını izah etməyəcəyəm. Həm İŞİD-i, həm PKK-nı, həm də türk-kürd döyüşünü təşkil etmək istəyənləri məğlub etdiyinizi deməklə kifayətlənəcəyəm. Böyük bir qətliamın qarşısını alan, həm yüz minlərlə kürdə qucaq açan sizlər də mərhum Özal kimi kürdlərin yazılı olmayan tarixinə keçdiniz”, - PKK-nın ikinci adı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm