Putin Yeni il ərəfəsində Kiyevə jest etdi
Bizi izləyin

Dünya

Putin Yeni il ərəfəsində Kiyevə jest etdi

“Rusiyanın Ukraynaya əvvəlcədən ödənişsiz qaydada kömür və elektrik enerjisini çatdırması Vladimir Putinin siyasi iradəsinin nümayişidir”.

Publika.az-ın RİA xəbər xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya lideri ən çətin anlarda Ukrayna xalqına dəstək göstərmək xəttindən heç vaxt imtina etməyəcək. Peskov xatırladıb ki, dünən Ukraynanın enerji təchizatında yaranan kritik vəziyyəti nəzərə alan Putin elektrik enerjisi və kömürün çatdırılmasının başlanması barəsində qərar qəbul edib. Lakin elektrik enerjisi və kömürün çatdırılmasında əvvəlcədən ödəniş qaydası tətbiq olunmur.

“Bu ukraynalılara real dəstək göstərən Putinin siyasi iradəsinin ardıcıl nümayişidir. Xüsusilə, Yeni il ərəfəsində”, - Peskov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm