PKK Cizrədə iki nəfəri öldürdü, üçünü yaraladı
Bizi izləyin

Dünya

PKK Cizrədə iki nəfəri öldürdü, üçünü yaraladı

Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında gecə saatlarında başlayan qarşıdurmalar ölümlə nəticələnib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şırnak valiliyi PKK tərəfdarları ilə Azad-Hür Partiyasının üzvləri arasında yaranan qarşıdurmada 2 nəfərin öldüyünü açıqlayıb.

Daha üç nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, Suriyanın Kobani şəhərində öldürülən YPG (kürd özünümüdafiə qüvvələri) silahlıların cənazələrinin Cizrəyə gətirilməsini bəhanə edən PKK tərəfdarları Nur məhəlləsində dindar ailələrin evlərinə hücum edib. Məlumata görə, Kobanidə öldürülən 4 YPG silahlısının cənazəsi gecə saatlarında Habur sərhəd qapısı vasitəsilə Cizrəyə gətirilib.

Yerli vaxtla saat 03:00-dən başlayan hadisələrdə 3 ev yandırılıb. Polis ve Jandarmanın hadisələrə müdaxilə edə bilmədiyi deyilir. Hadisələrin baş verdiyi əraziyə gedən yollarda xəndəklərin qazıldığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm