Nazir Putinin hərbi qərarına qarşı çıxdı
Bizi izləyin

Dünya

Nazir Putinin hərbi qərarına qarşı çıxdı

Büdcə islahatlarının aparılmayacağı halda, Rusiyanın valyuta ehtiyatları 3 il ərzində tükənə bilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir qorxulu bəyanatla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.

A.Siluanov jurnalistlərə açıqlamasında deyib ki, neftin bir barelinin 60 dollar səviyyəsində olması Rusiya iqtisadiyyatında 2015-ci ildə 4 faizə yaxın azalma və 3 faizdən çox büdcə kəsirinin yaranması deməkdir.

“'Hər hansı bir qərar qəbul olunmasa 2015-2017-ci illərdə valyuta ehtiyatlarından istifadə edəcəyik. Büdcənin 30 faizindən çoxunu təşkil edən müdafiə xərcləri lazım olduğundan çoxdur. İnfrastruktur və təhsil kimi sahələrə ayrılan xərcləri də yenidən tənzimləməliyik”, - deyə maliyyə naziri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm