Dünya
Məhkəmə qərar verdi - ana və uşaq öləcək
İrlandiyada üç həftə əvvəl beyin ölümü baş vermiş hamilə qadını həyata bağlayan süni nəfəs aparatından ayırmağa qərar verilib.
Publika.az-ın məlumatına görə, artıq üç həftədir həkimlərin müzakirə etdiyi məsələ ilə bağlı məhkəmə son qərarı verib. Qadının beyin ölümü baş verəndən sonra ailəsi onun rahat ölməsi üçün aparatdan ayrılmasını tələb edib.
Məhkəmənin qərarına əsasən, qadın həyat aparatından ayrılacaq. Bununla həm də onun bətnindəki 17 həftəlik uşaq da öləcək.
Qeyd edək ki, qadın 14 həftəlik hamilə idi və beyin qanamasından ölüb. Həkimlər qadının uşağını yaşatmaq üçün onu xüsusi aparatlara bağlayıb. Qadının bədənində uşaq üçün normal temperatur yaradılıb. Onun yeddi həkimi , atası və həyat yoldaşı uşağın ölmüş ananın bədənində yaşatmağın real olmadığını əsas gətirərək aparatdan ayrılması qərarını vermişdilər. Lakin bu qərar vətəndaşlarının əksəriyyəti katolik olan İrlandiyada mövcud abort qadağalarına görə, müzakirə mövzusuna çevrilmişdi.
Gülxar
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”