Gürcü nazir: “Rusiya torpaqlarımızı yalnız işğal etməyib, həm də...”
Bizi izləyin

Dünya

Gürcü nazir: “Rusiya torpaqlarımızı yalnız işğal etməyib, həm də...”

“Putin Rusiyası Avropanın təhlükəsizlik arxitekturası üçün böyük təhlükə təşkil edir”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi bu sözləri Gürcüstanın Xarici İşlər Nazirliyinin başçısı Tamara Beruçaşvili deyib.

“Rusiya Gürcüstanın iyirmi faiz ərazisini yalnız işğal etməyib, həm də işğalın davam etdirilməsi üçün məqqsədyönlü addımları atır”, - deyə Beruçaşvili qeyd edib.

Xarici işlər naziri bildirib ki, Gürcüstanın Rusiya barəsində təmkinli siyasət apardığına dair fikirlərlə razılaşmır: “Gürcüstanda həqiqətən də isterik siyasət yoxdur. Gürcüstan beynəlxalq formatlarda nəzərdə tutulan bütün imkanlardan istifadə edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm