Obamaya meymun dedilər
Bizi izləyin

Dünya

Obamaya meymun dedilər

ABŞ Pxenyan arasında film gərginliyi davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Koreya Milli Müdafiə Komissiyası iki ölkə arasında gərginliyə səbəb olan “Müsahibə” filminin ABŞ-da nümayişinə sərt reaksiya göstərib.

“Obama hər vaxt tropik meşələrdəki bir meymun kimi davranır. Əgər ABŞ Şimali Koreyanın xəbərdarlıqlarına baxmayaraq, bu hərəkətlərinə davam edərsə, siyasi əlaqələrdə ölümcül zərbələrlə qarşı-qarşıya qalacaq”, - Milli Müdafiə Komissiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, “Müsahibə” Şimali Koreya lideri Kim Yong İnə edilən sui-qəsd planlarından bəhs edən komediya filmidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm