Qərb aldadırmış: Məşhur repçinin Koreya reportajı - Foto
Bizi izləyin

Dünya

Qərb aldadırmış: Məşhur repçinin Koreya reportajı - Foto

“Pekindən Şimali Koreyaya gedəndə mən və yanımdakı qərbli qonaqlar bu ölkə haqda bir çox mühakimə yürütmüşdük. Amma gördüklərimiz bizi çox çaşdırdı”.

Axar.az xəbər verir ki, bu fikirləri repçi Marsel Ketrin səfər təəssüratlarında yazıb. Marsel Şimali Koreyadan qeydlərində yazıb ki, kareyalılar Amerika imperializminə nifrətini hər yerdə hiss etdirir:

“Onlar Amerika xalqını ABŞ hökumətiylə bir görmürlər. Bizim amerikalı olduğumuzu biləndə siyasətdən çox, amerikan mədəniyyətindən və idmandan danışırlar. Dünyanın ən gözəl şəhərlərindən olan Pyonqyanq çox baxımlıdır. Heykəllər və nəhəng binalar adamı heyran edir. İnsanların istirahəti üçün yaşıllıqlar çoxdur. Şəhər mərkəzi gecələr çox işıqlıdır. Aerodromdan şəhər mərkəzinə qədər saçını Prezident Kimin üslubunda kəsdirmiş tək bir adam gördüm və ona da açığı heç yaraşmırdı”.

Amerikalı repçi qeyd edir ki, dövlətin ölkədə yalnız bir neçə saç düzümü tələb etməsi haqda yayılan xəbərlər də yalandır:

“Gənclər ingiliscə çox yaxşı danışır. Litseydə ingiliscə öyrəniblər. Məktəblərdə üçüncü sinifdən ingiliscə dərslər keçirilməyə başlanır. Ancaq şagirdlərin çoxu çincə və almancaya üstünlük verir.

Xalq ölkənin problemləri mövzusunda danışmağa çox açıq fikirlidir. Onlar gündəlik həyatın çətinliklərindən bəhs etməyə çəkinmir. Məsələn, 1980-ci illərə qədər Cənubi Koreyadan daha yüksək həyat standartlarına sahib bir xalqın quraqlıq, aclıq və sel kimi problemlər üzündən ticari əlaqələri kəsilib.

Kuba kimi iqtisadi blokadaya salınıb. Xalq Cənubi Koreya ilə əlaqələrin bərpasını və ölkələrin birləşməsini arzulayır. Ölkənin hər bölgəsində demək olar ki, öz ehtiyacını qarşılayan pivə emalatxanaları var. Əhalinin əksəriyyəti yemək yanında pivəyə üstünlük verir”.

Repçi yazır ki, ölkədə edamlar, dövlət məmurunun köpəklərə yedirilməsi, porno filmə görə edam hökmü xəbərləri Qərb mediasında yayılsa da, burada təkzib olunur:

“Təhsil pulsuzdur, mənzil problemi yoxdur və bu, sosialist idarəçiliyi problemləri çox olan xalq üçün müsbət imtiyazlardır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm