Yaponiyada güclü qar 24 nəfərin həyatına son qoyub
Bizi izləyin

Dünya

Yaponiyada güclü qar 24 nəfərin həyatına son qoyub

Yaponiyanın şimal adası olan Hokkaydoya və Hönsü adasının şimalına yağan güclü qar nəticəsində son bir ayda 24 nəfər həlak olub. Bu barədə NHK televiziya kanalı məlumat yayıb.

Publika.az-ın məlumatına görə, AzərTac-ın Tokiodakı xüssusi müxbiri xəbər verir ki, həlak olanların əksəriyyəti evlərinin damına yağan qarı təklikdə təmizləmək istəyən yaşlı insanlar olublar.

Yaponiyanın şimalında noyabrın ortalarından başlayan güclü qar Yapon dənizi sahillərində yerləşən bir çox regionlarda nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Təbii fəlakət ən çox Hokkaydo adasına zərər vurub. Burada yağan güclü qar yüzlərlə aviareysin təxirə salınmasına və qatarların hərəkətinin dayanmasına səbəb olub. Bəzi uşaq bağçaları bir neçə günlüyə bağlanıb, sahilə yaxın ərazidə yaşayan insanlar təxliyə olunublar. Bir çox prefekturalarda qarın hündürlüyü 80-120 santimetrə çatıb.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, yanvarın əvvəllərində ölkənin şimalında və şimal-şərq hissəsində güclü qar yağacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm