Mehmet Ali Ağca Papanın məzarı üzərində həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Mehmet Ali Ağca Papanın məzarı üzərində həbs olundu - FOTO

1981-ci ildə Roma Papasına sui-qəsd edən Mehmet Ali Ağca hadisədən 33 il sonra yenidən İtaliyaya gedib.

Publika.az-ın məlumatına görə, Roma Papsının məzarını ziyarət edən Ağca Vatikanda hazırkı papa ilə görüşmək istəsə də, təklifi rədd olunub.

"Məzarı ziyarət etdi, gül qoydu, bu yetərlidir", - deyə Vatikanın mətbuat katibi Mehmet Ali Ağcanın Roma Papsı ilə görüşməsinə ehtiyac olmadığını bildirib.

İtaliya polisi isə Mehmet Ali Ağcanı ölkəyə vizasız daxil olduğuna görə, həbs edib. Onun Türkiyəyə deportasiya ediləcəyi ehtimal edilir.

Qeyd edək ki, Mehmet Ali Ağca 13 may 1981-ci ildə minlərlə adamın gözü qarşısında 2-ci Roma Papasına atəş açaraq yaralayıb. O, 2009-cu ildə azadlığa çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm