Ukraynanın problemi Gürcüstanda müzakirə olundu
Bizi izləyin

Dünya

Ukraynanın problemi Gürcüstanda müzakirə olundu

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən işgüzar görüşdə Gürcüstan - Ukrayna münasibətləri və regional təhlükəsizlik məsələləri şənbə günü müzakirə edilib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Tamar Beruçaşvili və onun müavinləri, təhlükəsizlik və böhranların idarə olunması üzrə Şurasının katibi David Sucaşvili və Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba iştirak ediblər.

Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba Ukraynada baş verən hadisələr barədə hökumət başçısına məlumat verib.

Görüş zamanı həmçinin İrakli Qaribaşvilinin planlaşdırılan Ukraynaya və digər hökumət səfərləri barədə də söhbət gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm